Grand Hayat – Yaşayış kompleksi
Müasirliyinə, memari layihəsinə, mühəndislik hesablamalarının aparılmasına, innovativ texnologiyalardan istifadəyə, tikintidə işlədilən materialların keyfiyyətinə, mənzillərdə otaqların planlamasına və layihənin landşaft dizaynına gorə “Grand Hayat” yaşayış kompleksinin möhtəşəmliyi xüsusi ilə fərqlənir.
Qeyd edək ki, “Grand Hayat” layihəsi “7S” keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S – binalara tam xidmət, 2S – təmirli mənzillər, 3S – həyətyanı istirahət parkı, 4S – hipermarket, 5S – idman və sağlamlıq mərkəzi, 6S – uşaq bağçası və məktəbəqədər təhsil, 7S – əyləncə mərkəzi.