Yeni Hayat Residence – Yaşayış Kompleksi
2004-cü ildə istifadəyə verilən Yeni Hayat Residence Yaşayış Kompleksi –Yeni Hayat Şirkətlər Qrupu MMC-nin həyata keçirdiyi ən uğurlu layihələrdən biridir.
Bu Kompleks Bakının ən nüfuzlu yaşayış məntəqələrindən biri sayılan Nərimanov rayonunun ərazisində yerləşir.
Yeni Hayat Residence Yaşayış Kompleksinə
– 2 blokdan ibarət 16 mərtəbəli yaşayış binası
– 3 ticarət obyekti
– qapalı avtomobil dayanacağı daxildir.
Burada sakinlərin rahatlığı üçün ən xırda detallar belə nəzərdə tutulub:
– mərkəzləşdirilmiş havalandırma və soyutma/isitmə sistemləri
– enerjiyə qənaət sistemi
– fasiləsiz elektrik təminatı üçün elektrik generatoru
– isti-soyuq suyun fasiləsiz təminatı
– müasir su filtrasiyası sistemi
– və s. xidmətlər.