Coxfunksiyali Azure Kompleksi
Çoxfunksiyalı AZURE Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir.
Respublikamızda analoqu olmayan bu unikal Kompleksdə, çox böyük bir ərazidə
– AZURE RESIDENCE
– AZURE BUSINESS CENTER
– MEGAFUN ailəvi əyləncə mərkəzi cəmləşib.
AZURE Kompleksi Bakının tarixi mərkəzi ilə Ağ şəhərin (White City) qovuşduğu ərazidə yerləşir.
Bura həm şəhərin istənilən nöqtəsinə rahat yolu olan prestijli məkan, həm də meqapolisin mərkəzində məskən salan ekoloji-təmiz bir güşədir.
Geniş sahəni təşkil edən, 307 lüks mənzili əhatə edən AZURE RESİDENCE “ev” anlamının tam yeni bir məna kəsb etdiyi, rahat həyat üçün hər bir şərait yaradılmış yüksək standartlı elit yaşayış məkanıdır.