Park Azure – Yaşayış kompleksi
Böyük məmnuniyyət hissi ilə sizi Yeni Həyat Şirkətlər Qrupunun yeni layihəsi olan PARK AZURE ilə tanış edirik.
Paytaxt infrastrukturunun ən uğurlu hissəsində, A.Cəlilov 27A ünvanında təməli qoyulan PARK AZURE lüks həyatın bütün atributlarını əlçatan edəcəkdir.
– 6 bloklu
– 18 mərtəbəli
– geniş həyəti
– 585 mənzili
– yeraltı avtodayanacağı
– hipermarketi
– kinoteatrı,
– fitness və SPA salonu
– uşaq bağçası Sizi arzularınızın mənzilinə qovuşduracaq.
Megafun-a keçid
Park Azure sakinləri yalnız öz komplekslərində deyil, qarşı tərəfdə yerləşən Megafun Əyləncə Mərkəzində təqdim olunan bütün xidmətlərdən, 20-yə qədər kafe və restoranlardan, habelə 300-dən çox oyun atraksionlarından yararlana və bol-bol əylənə bilərlər. Bunun üçün binanı tərk etmək tələb olunmayacaq. 2-ci mərtəbədə yerləşən yerüstü, qapalı keçiddən istifadə yetərlidir. Bir neçə dəqiqə və Siz Avropanın ən böyük qapalı əyləncə mərkəzlərinin birindəsiz.